Dr. Emil Yusifov


Mən Yusifov Emil Dilavər oğlu 17 May 1979-cu ildə Bakı şəhərində anadan olmuşam . 1995-ci ildə 291 nömrəli Ekoloji Litseyi bitirib eyni ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 2000-ci ildə Müalicə-proflaktika fakultəsini, 2001-ci ildə də Respublika Klinik Xəstəxanasında İnternaturanı bitirib 2002-ci ildə Mərkəzi Klinik Xəstəxanada müdavim həkim olaraq işə başlamışam.
2004-cü ildə MKX-dan ayrılıb 2005-ci ildə uzmanlıq üçün Türkiyənin İzmir şəhərində təhsilimə davam etmişəm. 2005-ci ildə tömər (dil) təhsilini bitirib, 2006-cı ildə uzmanlıq təhsilinə başlamışam.

Uzmanlıq təhsilim Ege Universitetinin Tibb Fakultəsinin Göz Xəstəlikləri şöbəsində başlayıb. 2012-ci ildə məzun olmuşam. Həmin ildən etibarən İzmir şəhərində özəl klinikalarda fəaliyyətə başlamışam.

2013-cü ildə İstanbula yerləşib İstanbul Göz Xəstəxanası, daha sonra isə Dünya Göz Klinilasında çalışmışam. 2015-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərirəm.

Azərbaycanda öncələri çalışdığım xəstəxanalar:
Briz-L klinikası
Daxili İşlər Nazirliyinin Hospitalı
Gömrük Xəstəxanası

Hal-hazırda çalışdığım Xəstəxanalar:
Oksigen Klinikası
Badam Klinikası

Hansı xəstəlikləri müalicə edirəm? :
Ümumilikdə gözün ön və arxa seqmenti ilə məşqul olan bir cərraham. Həm uşaq, həm yetişkin şəxslərin, təm tibbi müalicə, həm də cərrahi müalicəsi ilə məşqul olan bir həkiməm. Özəlliklərimdən biri odur ki, həm gözün önü, həm də arxasında profesional cərrahi əməliyyatlar icra edə bilirəm.

Gözün ön hissəsində:
Katarakt xəstəliyi,
Müxtəlif defektlər; ön seqment patalogiyaları, buynuz qişa xəstəlikləri
Özəlliklə günümüzdə çox populyar olan hər cür Refraktiv Cərrahiyə əməliyyatları edə bilirəm: PRK, Femto Lasik, Lasik, No Touch PRK, PTK, Smile Cərrahiyəsi.
Buynuz qişanın fərqli refraktiv Cərrahiyəsi.

Glaukoma Cərrahiyəsi:
Glaukoma implantları: Ahmed Valfi, Baerveldt implantı, 
müxtəlif Mikro Shant cərrahiyəsi, 
mikro instezional Glaukoma əməliyyatı, 
GATT əməliyyatı,
Trabekülektomi,
Tranektomi...

Xüsusilə Azərbaycanda ilk dəfə İ Stent və GATT cərrahiyəsini gerçəkləşdirmişəm.

Retina əməliyyatları:
Torlu qişa qopması
Göz içi qanamaları
Silikonlu, hava və ya qaz ilə gerçəkləşdirilən əməliyyatlar
Kombinə Cərrahiyyələr
Lens Drop Əməliyyatları

Çəplik əməliyyatları (Ezo və Ekzotropiya). Düz və oblik əzələlərdə çəpgözlük cərrahiyəsi.

Müxtəlif yerli və eyni zamanda dünyada keçirilən Konfransların iştirakçısı və məruzəçisiyəm.

Yayımlanan  Elmi məqalələr: