Glaukoma xəstələri izləsin - İ Stent Əməliyyatı
- 31 Oktyabr 2024, 19:36
- Dr. Emil Yusifov
Uzman Doktor Emil Yusifov
Tel: 077 331 10 08
Facebook: / emilyusifovcom
İnstaqram: dremilyusifov
Bizim icra etdiyimiz əməliyyat İ Stent mikrocərrahiyyə implantıdır. Glaukomada mikrocərrahiyyə, Şlemm kanalı cərrahiyyəsi bir qrup əməliyyatlardır. İ stent əməliyyatı onlardan biridir. İ stent mikroimplantı 360 mikron böyüklüyündə, çox balaca lümeni olan 80 mikron dəliyi olan implantdır və bu implant Şlemm kanalına qoyulur. 2 ədəd implant yerləşdirməklə biz yetərli göz təzyiqi düşüşü təmin edə bilirik. Qara su xəstəliyinin yeni bir cərrahiyyəsidir və Azərbaycanda demək olar ki ilk əməliyyatlardan biridir. Bu cərrahiyyə dünyada 1 milyondan çox icra edilib və özünü doğrulayıb. Bu qlukomanın başlanğıc və orta mərhələlərində icra edilir. 1 və ya 2 dərman qədər təsirli bir əməliyyatdır. Özəl implant titanium materialdan istehsal olunur və üzəri heparin ilə örtülür. İnsanlar sual verir, MRT və ya KT -yə girmə zamanı problem yaşanarmı? Xeyr, Bu implant bədəndə olduqdan sonra MRT və ya KT-yə girmək rahat şəkildə mümkündür. Demək olar ki, insan bədəninə yerləşdirilən ən kiçik implantlardan biridir.