Gözdə yaş sarı nöqtə xəstəliyi - İynə ilə müalicə

Dr. Emil Yusifov 31 Oktyabr 2024, 18:45

Uzman Doktor Emil Yusifov
Tel: 077 331 10 08

Facebook:   / emilyusifovcom  
İnstaqram: dremilyusifov

Sarı nöqtə xəstəliyin neçə növü var və nəticələri nədir?
Sarı nöqtə xəstəliyin iki növü var, quru və yaş növü. Quru növ bütün halların 90%-nı, yaş növ isə 10%-nı təşkil edir. Görmə qabiliyyətinin itməsi ilə əlaqədar yaş növ xəstəliyin erkən diaqnozu çox vacibdir. İrəliləməkdə quru növ xəstəlikdən daha sürətli olan yaş növ xəstəliyi rəng görmənin pozulması və kontrast həssaslığının itməsi ilə bərabər ani görmə qabiliyyətinin itməsinə və tor qişada və makulada vaxt getdikcə yaranan yeni damarların qan sızması səbəbi ilə korluğa gətirib çıxarır.

Sarı nöqtə xəstəliyinin müalicəsi
Sarı nöqtə xəstəliyinin quru növünün profilaktik müalicəsi mümkündür. Profilaktik terapiyada antioksidant A, C və E vitaminlərindən, luteindən və sinkdən istifade olunur.

Yaş növ xəstəliyin müalicəsində göz daxili inyeksiyalar əsas və effektiv terapiya vasitələrindəndir. Xəstələrin kiçik faiz nisbəti həmçinin fotodinamik müalicəsini qəbul edir. Göz daxili inyeksiyalar gözün göz damcılarla keyitməsi ilə aparılır. Əməliyyat zamanı xəstə ağrı hiss etmir.

Əgər xəstəlik müalicə olunmasa, o, 95% görmə qabiliyyətinin itməsinə, sonda isə görmənin tam itməsinə gətirib çıxarır.

Digər əməliyyatlar

#
Glaukoma xəstələri izləsin - İ Stent Əməliyyatı
  • 31 Oktyabr 2024, 19:36
  • Dr. Emil Yusifov
#
Göz əməliyyatı - Baxın Bu Cür olur
  • 31 Oktyabr 2024, 19:35
  • Dr. Emil Yusifov
#
Göz içində hüceyrə bitməsi - Əməliyyatı İzlə
  • 31 Oktyabr 2024, 19:34
  • Dr. Emil Yusifov
#
Basqılı göz bandajı - Necə olmalıdır?
  • 31 Oktyabr 2024, 19:34
  • Dr. Emil Yusifov
#
Müasir göz əməliyyatı - BAXIN bu cür olur
  • 31 Oktyabr 2024, 18:49
  • Dr. Emil Yusifov